Bookings

Austria Education– xaricdə təhsil üzrə ixtisaslaşmış peşəkar bir şirkətdir. Bizim missiyamız – hər bir gəncə Avropada, xüsusilə də Avstriyada yüksək keyfiyyətli təhsil almaq imkanı yaratmaqdır.

Şirkətimizin şüarı:
Xəyallarını gerçəyə çevir – təhsilini Avropada davam etdir!

Şirkətimizin təsisçisi və rəhbəri Orxan Məmmədov 2016-cı ildən təhsil sahəsində fəaliyyət göstərir. O, bakalavr və magistratura təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tamamladıqdan sonra, akademik yolunu Avstriyada davam etdirmiş və Vyana şəhərində təhsil alaraq Avropa təhsil sisteminə dərindən yiyələnmişdir. Xaricdə təhsil alan tələbələrin qarşılaşdığı çətinlikləri şəxsən yaşamış biri kimi, o, bu sahədə topladığı təcrübəni yüzlərlə tələbənin uğurlu təhsil yoluna çevirməyə nail olub.

Onun rəhbərliyi ilə bu günə qədər yüzlərlə azərbaycanlı tələbə Avstriyanın aparıcı universitetlərində – o cümlədən «Vyana Dövlət Universiteti», Linz Yohan Kepler Universiteti (JKU), «Vyana Texniki Universiteti», «MCI Management Center Innsbruck», «Graz Texniki Universiteti», «Salzburg Universiteti» və digər nüfuzlu ali məktəblərdə uğurla təhsil almağa başlayıblar.

Austria Education aşağıdakı istiqamətlərdə tam dəstək göstərir:

  • Yay məktəbləri və dil kursları
  • Mübadilə və təcrübə proqramları
  • Ali məktəblərə qəbul (bakalavr, magistr, doktorantura)
  • Təqaüdlər və sənəd hazırlığı
  • Təhsil vizası və yaşayış icazəsinin alınması
  • Avstriyada adaptasiya və karyera planlaşdırılması

Bizim əməkdaşlıq etdiyimiz tərəfdaşlar sırasına Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, eləcə də uzun illər sınaqdan keçmiş müxtəlif özəl kurslar, liseylər və beynəlxalq məktəblər daxildir.

Austria Education – sizin Avstriyada etibarlı təhsil bələdçinizdir!